KXCP rayon şöbəsinin sədri həbs olundu

Xəzər Teyyublu: `O, icra başçısının qəzəbinə tuş gəlib`

Bu gün- iyunun 4-də KXCP-nin Samux rayon şöbəsinin sədri Tahir Abdullayev həbs olunub. O, rayonun icra başçısının qəbuluna düşdükdən sonra həbs edilib. Maide.az-ın məlumatına görə, bu barədə musavat.com-a KXCP-nin sədr müavini Xəzər Teyyublu məlumat verib.
 
O bildirib ki, Tahir Abdullayev icra başçısı Alı Qocayevin qəbuluna düşdükdən sonra onun göstərişi ilə tutulub: “Samuxda əhalinin sosial problemləri hədsizdir. Camaat əkin yerlərini suvara bilmir. Su tapılmır, müxtəlif yollarla möhtəkirlər əhaliyə su satır... Bu səbəbdən insanlar əkin yerlərini sulaya bilmirlər. Problemlər, sosial-iqtisadi vəziyyət acınacaqlı olan Samuxda bizim şöbənin sədri camaata dəstək olmağa çalışıb. Tahir bəy istəyib ki, məsələni icra başçısının diqqətinə çatdırsın. O, icra başçısının qəbuluna yazılıb və burada problemləri qaldırıb. Bu zaman mübahisə yaranıb. İcra başçısı məsələlərdən qəzəblənərək polis şöbəsinə göstəriş verib və Tahir bəyi həbs ediblər. O, rayon əhalisinin sosial problemlərini qabağa durub İcra hakimiyyəti başçısına çatdırdığı üçün bu vəziyyət yaranıb. O, icra başçısının qəzəbinə tuş gəlib”.

Google+ WhatsApp ok.ru