Ölkə bankları korrupsiya-dələduzluq sisteminin tərkib hissəsi

Ölkə bankları korrupsiya-dələduzluq sisteminin tərkib hissəsi

“Novoye Vremya” qəzeti “Banklar korrupsiya-dələduzluq sisteminin bir hissəsi kimi” sərlövhəli məqalədə ölkənin bank sisteminin durumu dəyərləndirilir.
 
Məqalədə deyilir ki, hər gün ölkənin bank bank sistemi barədə məlumatlar verilir və bunlarn hamısı da neqativ əsaslı olur.
 
Məqalədə buna nümunə kimi artıq 2016-cı ildə bağlanmış 9 bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun bu banklarda maliyyə cinayətlərinin üstünü açması ilə bağlı açıqlaması göstərilir:
 
“Gördüyümüz kimi, bu banklar “partlayıb”lar. Təqsir təkcə manatın devalvasiyasında, kreditlərin qaytarılmamasında deyil, həm də bu banklardakı açıq dələduzluq və talançılıqdadır”.
 
Məqalədə banklara etimadın olmamasından da bəhs edilir. Bunun nəticəsi kimi təkcə keçən il əhalinin ölkə banklarından 2 milyard manat əmanətini geri çəkməsi göstərilir.
 
Məqalədə ölkə banklarının mahiyyətindən də danışılır:
“Heç kəsə sirr deyil ki, kommersiya bankları adlandırılsalar da Azərbaycandakı bankların arxasında məmurlar, oliqarxlar, hakimiyyətə yaxın şəxslər dayanırlar.Yəni, bank sistemi ölkədə mövcud olan oliqarx-məmur sisteminin bir hissəsidir ki, burada biznes, dövlət sturkturları və ayrı-ayrı məmur maraqları birləşir”. /

Google+ WhatsApp ok.ru