Mərkəzi Bankın sədri: 2015-ci ildə faiz dərəcələri aşağı salına bilər

2015-ci ildə faiz dərəcələrinin aşağı salınması istiqamətində tədbirlər davam etdiriləcəkdir.
 
Bu sözləri Mərkəzi Bankın İdarə Heyətinin 2014-cü ilin yekunlarına həsr olunmuş iclasında bankın sədri Elman Rüstəmov bildirib.
 
Onun sözlərinə görə, 2015-ci ildə də bank sektorunda maliyyə sabitliyi qorunacaq:
 
“2015-ci ildə bank sektorunda maliyyə sabitliyinin qorunması da qarşıda duran strateji vəzifələrdən biridir. Bunun üçün bank sektorunda immunizasiya tədbirləri davam etdiriləcək, risklər çevik tənzimlənəcəkdir”.
 
Onun sözlərinə görə, 2015-ci ildə həmçinin biznesin uzunmüddətli kredit əldə etməsi imkanlarının artırılması təşviq olunacaqdır:
 
“Real sektorun maliyyə hesabatlığı, kreditorların hüquqlarının effektiv qorunması biznes kreditlərinin artmasında mühüm rol oynayacaq”. 
 
Bu baxımdan uzunmüddətli resursların bank sektoruna cəlb olunmasının stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bank resurslarının dəyərinin azalması, korporativ müştərilərin effektivliyi, nağdsız hesablaşmaların genişlənməsi faiz dərəcələrinə əhəmiyyətli təsir edir.
 
Mərkəzi Bank 2015-ci ildə də bu sahədə zəruri tədbirlər həyata keçirəcək, aidiyyatı qurumlarla birgə iş aparacaqdır”- deyə, Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

Google+ WhatsApp ok.ru