Mərkəzi Bank bankları haqlı çıxardı

Azərbaycan banklarının xarici valyutada kredit verməyi dayandırmaq qərarı risklərdən sığortalanmaq istəyi ilə əlaqədardır.
 
Bu barədə Trend-ə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
 
AMB-dən bildirilib ki, Mərkəzi Bank banklara kreditləri yalnız manatla verməklə bağlı göstəriş verməyib:
 
«Qanunvericiliyə əsasən, ölkə ərazisində fəaliyyət göstərən bankların hansı valyutada kredit verməklə bağlı müstəqil seçim etmək hüququ var. Hər bir bank özünün kredit siyasətini həyata keçirir. Belə bir qərarla onlar özlərini risklərdən sığortalamaq istəyirlər».
 
Xarici valyutada kreditin verilməsi ilə yanaşı, banklar müştərilərə dollarla olan mövcud borclarını manata köçürmək imkanı təklif edir. Bu proses manatla yeni kreditin alınması və bu vəsaitlə xarici valyutada kreditin ödənilməsi vasitəsilə mümkündür.
 
Bununla yanaşı, bazarda həm manat, həm də dollarla kredit verməyə davam edən banklar qalıb».
 
Avqustun 27-dən etibarən bəzi banklar həm nağd, həm də kart vasitəsilə dollarla kredit verməyi dayandırıb. 

Google+ WhatsApp ok.ru