Mərkəzi Bank borclanma limitini üç dəfə artırır

Azərbaycanın dövlət daxili borclanmasının yuxarı həddi 1.5 milyard manatdan 4.5 milyard manata qədər artırılıb.
İqtisadçıların dediyinə görə, birdən-birə borclanmanın 3 milyardlıq artımı bir sıra fəsadlara gətirib çıxara bilər. Belə ki, bazarda pul kütləsinin artımı inflyasiya təzyiqini gücləndirə bilər. 
İqtisadçı Rəşad Həsənov «Bizim Yol»a şərhində bildirib ki, burada əsas məqsəd Mərkəzi Bankın növbəti dövrlərdə manatın məzənnəsinə olan riskləri nəzərə alaraq xarici valyutadakı balansı tənzimləməyə çalışmasıdır: «Növbəti dövrlərdə intervensiya xərcləri artarsa, Mərkəzi Bankın valyuta ehtiyatlarının sürətlə «əriməsi»ni ləngitmək məqsədilə borclanmanın limitinin artırılması kömək edə bilər.Qurum nə qədər iddia etsə də ki, manata qarşı hər hansı bir təzyiq yoxdur, eyni zamanda riskləri də gözaltına alır. Həmin risklərin qarşısını almaq üçün məhz qabaqlayıcı addımlar atır». /
 

Google+ WhatsApp ok.ru