Mərkəzi Bankın valyuta ehtiyatları hər keçən gün `əriyir`

Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabr ayı üzrə sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmini açıqlayıb.
 
Maide.az AMB-yə istinadən bildirir ki, bankın valyuta ehtiyatları sentyabrda 271,2 mln. dollar və ya 3,71% azalaraq 7 mlrd. 44,2 mln. dollara düşüb.
 
Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin valyuta ehtiyatlarında 7 mlrd. 998,2 mln dollar və ya 53,17% azalma qeydə alınıb.

Google+ WhatsApp ok.ru