Azərbaycan nefti ucuzlaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,22 dollar azalaraq 46,37 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,02 dollar azalaraq 49,54 dollar olub.
 
Azərbaycan neftinin qiymətində də azalma müşahidə olunur.
 
Maide.az xəbər verir ki, London birjasında keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 0,39 dollar və ya 0,78% azalaraq 49,78 dollar təşkil edib.

Google+ WhatsApp ok.ru