Maaşlar artıb yoxsa azalıb?

Maaşlar artıb yoxsa azalıb?

2016-cı ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,6 faiz artıb. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ilk 5 ayda orta aylıq əmək haqqı 489,5 manat olub.
 
Qeyd edək ki, 2015-ci ilin yanvar- may aylarında işçilərin orta aylıq əmək haqqı 454,8 manat olub.
 
Dollarla ifadədə maaşılar azalıb
 
Komitənin açıqladığı rəqəmlərdən aydın olur ki, əmək haqlarının dollarla ifadəsində xeyli azalma baş verib. Belə ki, ötən il dollarla ifadədə orta aylıq əmək haqqı 433,1 dollar, bu il isə 316 dollar olub.
 
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub. (fins.az)

Google+ WhatsApp ok.ru