Bakıda Azərbaycan-İran biznes forumu keçirilir

Bakıda Azərbaycan-İran biznes forumu keçirilir

Forumda İran və Azərbaycandan olan müxtəlif sahələrə aid biznes dairələrinin nümayəndələri iştirak edib. 
 
Maide.az xəbər verir ki, Azərbaycan İxracın və İnvestisiyanın Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev çıxışında bu görüşün mühümlüyündən və davamlı olaraq keçirilməsi, iki ölkə arasındakı çox yaxşı münasibətlərin olması, ticarət dövriyyəsininin keçən illərlə müqayisəsindəki müəyyən faizdə azalmalarının qarşısını alacağına inandığını qeyd edib.
 
Sonra isə çıxış edən İranın Qərbi Azərbaycan vilayətinin Kooperasiya palatasının sədri Mahmudrza Şərifixah Azərbaycana səfəri çərçivəsində 40 şirkət nümayəndəsi ilə gəldiyini bildirib. Azərbaycanla İran arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən sədr, bu iqtisadi münasibətlərin inkişafı üçün daha da artıq çalışmaların mümkünlüyünü vurğulayıb.
 
Tədbirin sonrakı bölümündə iki qardaş ölkənin müxtəlif sahələrə aid biznes nümayəndələri qarşılıqlı fikir mübadiləsi aparıblar.

Google+ WhatsApp ok.ru