Millət vəkili Baş Prokurorlu kəskin tənqid etdi

`Niyə Baş Brokurorluq indiyə qədər MTN-ə nəzarət etməyib?`

Millət vəkili Zahid Oruc Baş Prokurorluğun nəzdindəki təhlükəsizlik orqanlarına nəzarət edən qurumun fəaliyyətini, xüsusilə də məlum MTN olayları fonunda kəskin tənqid edib.
 
Millət vəkili parlamentin hansısa güc strukturlarına, hüquq-mühafizə orqanlarına nəzarət etmək funskiyası olmadığı deyib:
 
"Ancaq Baş Prokurorluqda təhlükəsizlik orqanlarının fəaliyyətinə nəzarət edən qurum var. Bu qurum görəsən indiyə qədər hansı fəaliyyətlə məşğul olub? O görəsən zamanında MTN ətrafında baş verən hadisələri bilibmi? Ona nəzarət edibmi?
 
Əslində bu qurumun bir fəaliyyəti də elə bundan ibarət olmalıdır. Ümumiyyətlə, bir çox nazirliklərin təhlükəsizlik, istintaq qurumları da var. Artıq zaman gəlib ki, həmin qurumlar ləğv edilsin".(gun.az)

Google+ WhatsApp ok.ru