Türkiyənin baş naziri Azərbaycana gəlib

Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycana səfərə gəlib.
Səfər zamanı Türkiyənin baş nazirinin Prezident İlham Əliyev, baş nazir Artur Rasi-zadə ilə görüşəcəyi və "ADA" Universitetində mühazirə ilə çıxış edəcəyi gözlənilir.
Görüşlərdə ikitərəfli əməkdaşlıq, eləcə də gündəlikdə dayanan regional və qlobal məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, bu, Türkiyədə yeni hökumətin təsdiqindən sonra Ə.Davudoğlunun ilk rəsmi səfəridir.
Baş naziri Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Xarici İşlər Nazirliyinin Aparat rəhbəri Firudin Sinirlioğlu, baş nazirin müavinləri Mehmet Şimşek, Yalçın Akdoğan, qida, heyvandarlıq və kənd təsərrüfatı naziri Faruk Çelik, enerji və təbii qaynaqlar naziri Berat Albayrak, mədəniyyət və turizm naziri Mahir Ünal, nəqliyyat, dənizçilik və xəbərləşmə naziri Binəli Yıldırım və digərləri müşayiət edirlər.

Google+ WhatsApp ok.ru