Milli Şuranın mitinqinin vaxtı dəyişdirildi

Demokratik Qüvvələrin Milli Şurasının noyabrın 10-da keçirəcəyi mitinqin vaxtı dəyişdirilib.
 
Maide.az xəbər verir ki, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı məlumat verib.
 
O bildirib ki, aksiya noyabrın 9-da keçiriləcək. F.Qəhrəmanlı aksiyanın vaxtının dəyişdirilməsini Milli Şura ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında baş verən anlaşılmazlıqla izah edib. “Beləliklə, aksiya noyabrın 10-da deyil, 9-da keçiriləcək” – deyə, F.Qəhrəmanlı əlavə edib.

Google+ WhatsApp ok.ru