Milli Şura yeni həbsləri pisləyib 16 Fevral 2015 02:00 Siyasət Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) jurnalist Xədicə İsmayıla qarşı yeni ittihamları və siyasi fəalların uydurma ittihamlarla həbsini qətiyyətlə pisləyib. X.İsmayılova mənimsəmə, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olunub. “Milli Şura bu həbsi azad sözün boğulması və qisasçılıq kimi qiymətləndirir, jurnalistə qarşı irəli sürülən bu ittihamları absurd və cəfəngiyat hesab edir”, - bəyanatda deyilir. Həmçinin Milli Şura Mingəçevirdə AXCP fəalı Qadir Xudabaxşıyevin qanunsuz silah saxlamaq, siyasi mühacir Tural Sadıqlının qardaşı Elgiz Sadıqlının isə narkotik maddə saxlamaq ittihamı ilə həbs olunmasını pisləyir. Bu həbs İlham Əliyevin Almaniya səfəri zamanı Berlində siyasi mühacirlərin keçirdikləri etiraz aksiyasına hakimiyyətin adekvat cavabıdır. Milli Şura diqqəti ona yönəldir ki, “bu həbslər və repressiyalar hakimiyyətin bir qrup müxalifət lideri ilə görüşü” ərəfəsində baş verir. “Odur ki, hakimiyyətin dialoq çağırışları imitasiyadan, cəmiyyəti aldatmaq cəhdindən başqa bir şey deyil”, - bəyanatda qeyd olunur. Teqlər : #Milli Şura yeni həbsləri pisləyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran XİN rəhbəri: `Biz həmişə Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini istəmişik` Elmar Məmmədyarov: “ATƏT-in Minsk Qrupu Ermənistana təzyiq göstərməlidir”
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video