Müsavat, NİDA və ReAL birgə bəyanat yaydı

Hər üç təşkilat yeni parlament seçkilərinin keçirilməsini tələb edir

Müsavat Partiyası, “REAL” Vətəndaş Hərəkatı,  “NİDA” Vətəndaş Hərəkatı 1 noyabr seçkilə ilə bağlı birgə bəyanat yayıb.
 
Maide.az-a daxil olan bəyanatda aşağıdakı tələblər irəli sürülüb:
 
- Siyasi məhbusların azad edilmədiyi;
 
- Azad və ədalətli seçkilərin keçirilməsi üçün normal mühitin yaradılmadığı;
 
- Seçki komissiyalarının hakimiyyətin tam nəzarəti altında qaldığı;
 
- Bərabərhüquqlu təbliğat imkanlarının təmin edilmədiyi;
 
- İctimai diskussiyaların təşkil edilməsi məqsədi ilə namizədlərə pulsuz efir vaxtının ayrılmadığı;
 
- Nəticə etibarilə faktiki alternativsizlik şəraitində və repressiya dalğası altında keçirilən seçkilərin nəticələrini tanımadığını bəyan edərək;
 
Azərbaycan hakimiyyətindən 1 noyabrda Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin ləgv edilməsini, siyasi məhbusların dərhal azadlığa buraxılmasını, seçki qanunvericiliyində zəruri islahatların aparılmasını və 2016-cı ildə təkrar seçkilərin keçirilməsini tələb edir.

Google+ WhatsApp ok.ru