MSK Katibliyində yaradılan yeni strukturlar açıqlanıb

Siyasi partiyaların illik maliyyə hesabatlarının Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi ilə əlaqədar MSK Katibliyində yaradılan yeni strukturlar açıqlanıb.
 
MSK-nın Media və ictimaiyyətlə əlaqələr şöbəsindən Maide.az-a verilən məlumata görə, MSK Katibliyinin strukturunda yer alan iki şöbədə iki yeni sektor yaradılıb.
 
Siyasi partiyaların sənədləri ilə iş sektoru Ümumi şöbənin, Siyasi partiyaların maliyyə hesabatları üzrə iş sektoru isə Maliyyə şöbəsinin tərkibində fəaliyyət göstərəcək.

Google+ WhatsApp ok.ru