CHP təmsilçisi: Ankara region ölkələri qarşısındakı siyasətini dəyişməlidir

Cümhuriyyət Xalq Partiyasının(CHP) Türkiyə Böyük Millət Məclisindəki nümayənəsi deyib: Ankara region ölkələri ilə bağlı siyasətlərini dəyişməlidir.
 
Maide.az xəbər verir ki, CPH-li millət vəkili Osman Korutürk Yaxın Şərqin siyasi və təhlükəsizlik vəziyyətinin son aylar ərzində dəyişikliyə uğramasına işarə edərək, deyib: "Türkiyə dövləti reallığa əsaslanan bir xarici siyasət yürütməklə regionda sülh və təhlükəsizliyin bərpa edilməsinə çalışmalı, bu yolda region ölkələri ilə əməkdaşlıq etməlidir." 
 
O.Korutürk Türkiyənin regionla bağlı Ərəbistanın siyasətlərini izləməsini tənqid edərək, deyib: Ankara öz xarici siyasətini sülh və təhlükəsizliyin təmin edilməsi və məzhəb təəssübündən uzaq bir şəkildə formalaşdırmalıdır. 
 
CPH-li millət vəkili həmçinin, İran və Qərb arasında əldə olunan anlaşmanı müsbət qarşılayıb və deyib: Bu anlaşma İranın Beynəlxalq ictimaiyyət ilə inteqrasiyasına zəmin yaratmış və İran aktiv şəkildə beynəlxalq arenaya daxil olmuş oldu.

Google+ WhatsApp ok.ru