MSK İqbal Ağazadə məsələsini birdəfəlik bağladı 10 Noyabr 2015 02:00 Siyasət Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında noyabrın 1-də keçirilən parlament seçkilərində yol verildiyi iddia edilən qanun pozuntuları ilə bağlı müraciətlərə baxılıb. 35 saylı üçüncü seçki dairəsindən namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülən İqbal Ağazadənin şikayətinə baxılıb. MSK üzvü Ramiz İbrahimov bildirib ki, İ.Ağazadə MSK-ya müraciət edərək dairə seçki komissiyasının bir neçə seçki məntəqəsində qanun pozuntularına yol verildiyini iddia edib: "Eyni zamanda, o, həmin məntəqələrin səsverməsinin nəticələrinin ləğv olunmasını istəyib. MSK şikayəti baxılması üçün məsələni dairə seçki komissiyasına (DSK) göndərib. DSK 5, 10, 11, 18 və 26 saylı seçki məntəqələrinin səsverməsinin nəticələrini ləğv edib. 17 saylı seçki məntəqəsində isə səslərin yenidən sayılmasına qərar verib. Ancaq bu da ümumi nəticələrə təsir etməyib". Bundan başqa, İqbal Ağazadənin MSK-ya təqdim etdiyi video-materiallar da araşdırılıb. Qərar verilib ki, onun şikayəti əsasında aparılan araşdırmalar dayandırılsın. Teqlər : #MSK İqbal Ağazadə məsələsini birdəfəlik bağladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hakimiyyət ATƏT-ə minnətçi düşdü Şəkidə AXCP-nin 3 fəalı saxlanılıb
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video