Nalbandyan öhdəlik götürdü, Uorlik alqışladı

Ermənistanın  xarici işlər  naziri  Eduard Nalbandyan ilə yaxşı görüş baş tutdu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə  apardıq. Maide.az-ın məlumatına görə, bu fikri ATƏT-in Minsk qrupunun amerikalı  həmsədri  Ceyms  Uorlik  özünün Twitter hesabında yazıb. 
 
Daha sonra həmsədr qeyd edib: “Nalbandyanın gərginliyi azaldacağı ilə bağlı  götürdüyü  öhdəliyi alqışlayırıq”. 
Qeyd edək ki, həmsədrlər bu il qoşunların təmas xəttində yaranan gərginliklə bağlı  narahatlıqlarını ifadə edib və Ermənistanı gərginliyi azaltmaq istiqamətində ölçü  götürməyə  çağırıblar.  

Google+ WhatsApp ok.ru