Naxçıvan MR İranın Mərkəzi Asiyaya giriş qapısıdır

Maide.az İran mediasına istinadən xəbər verir ki, İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayrem dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin İranın Şərqi Azərbaycan ostanının mərkəzi Təbriz şəhərində iş adamları iilə görüşündə ikitərəfli əlaqələrin genişlənməsini vurğulayıb.
 
İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu ümidvarlıq edib ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri və iqtisadiyyat nazirinin İranın Şərqi Azərbaycan ostanının başçıları ilə müzakirələri həyata keçəcək.
 
Ayrem vurğulayıb ki, İran dövlətinin nümayəndəsi kimi bütün razılaşmaları əməliyyat mərhələsinədək izləyəcək.
 
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov İranın Şərqi Azərbaycan ostanının başçıları ilə müzakirələr həyata keçirmək məqsədilə bir nümayəndə heyəti ilə bu ostanının mərkəzi Təbriz şəhərinə daxil olub. 
 
İranın Şərqi Azərbaycan ostandarı və iş adamları ilə görüş, Təbriz Tibb Elmləri Universitetinin işçiləri ilə danışıqlar aparmaq və Şərqi Azərbaycan ostandarı ilə əməkdaşlıq memorandumunun imzalanması Vasif Talıbovun Şərqi Azərbaycan ostanına səfərinin proqramlarındandır.

Google+ WhatsApp ok.ru