Minsk Qrupunun amerikalı həmsədri Ermənistana gedib

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ermənistanın paytaxtı İrəvana daxil olub.
 
Trend xəbər agentliyinin məlumatına görə, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik dünən Ermənistan başçıları ilə görüşmək və Qarabağ münaqişəsi haqda danışmaq məqsədilə bu ölkəyə daxil olub. 
 
Bu görüşlərdə Qarabağ münaqişəsinin həll yollarının araşdırılacağı gözlənilir.

Google+ WhatsApp ok.ru