Nazim İbrahimov: “Abbas Abbasovun Azərbaycan əleyhinə iş aparması yaxşı hal deyil”

"Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinə (AzerRos) rəhbərlik edən Abbas Abbasovun fəaliyyətinin bütün çalarları artıq göz qabağındadır”. Maide.az-ın məlumatına görə, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov müsahibəsində deyib. O bildirib ki, Abbas Abbasov əməllərindən geri çəkilməlidir: "Mən hər zaman demişəm ki, söylədiyin fikirlərlə öz mövqeyini tam formada ortaya qoymalısan, dediyin sözlərlə əməllərin uyğun gəlməlidir və sairə. Mən bu fikirləri indi yenə söyləyirəm. Əlbəttə, xoşagəlməyən haldır ki, Azərbaycan hökumətinin üzvü olan, Azərbaycan hökumətində formalaşmış bir adam indi də gedib Rusiyada Azərbaycan əleyhinə iş aparsın. Bu yaxşı hərəkət deyil. Faktiki olaraq indi də əgər Abbas Abbasovun bu cür əməlləri varsa, o zaman o bu əməlindən geri çəkilməlidir”.

Google+ WhatsApp ok.ru