Neft bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,91 dollar artaraq 1 barelə görə 58,04 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,15 dollar bahalaşaraq 62,53 dollar olub.
 
“United States Commodity Futures Funds” şirkətinin əsas investisiya direktoru Con Haylend bazara kapital axınının müşahidə edildiyini və qiymətlərin xeyli qalxacağına şansların böyük olduğunu bildirib.

Google+ WhatsApp ok.ru