Neftin qiyməti 45 dolları keçib

Neftin qiyməti 45 dolları keçib

Bu, son iki həftənin rekordudur
 
Bu gün dünya bazarında "Brent" markalı neftin qiyməti son iki həftədə ilk dəfə olaraq 45 dollar həddini keçib.
 
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, təxminən 3 saat bundan əvvəl London əmtəə birjasında qara qızılın 1 bareli 45,05 dollara satılıb.
 
Bu isə ötən günün yekunu ilə müqayisədə 1,67% və yaxud 0,7 dollar çoxdur. Xatırladaq ki, "Brent" nefti sonuncu dəfə iyulun 25-də 45,7 dollara satılıb.
"WTI" markalı neft də bahalaşmaqdadır. Bu gün Nyu-York birjasında qara qızıın hər bareli 42,56 dollara realizə edilib. Bu isə əvvəlki gün qeydə alınmış qiymətdən 1,89% və yaxud 0,76 dollar çoxdur.
 
Bahalaşmaya səbəb Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) prezidenti, Qətərin energetika naziri Məhəmməd bin Saleh-Əs-Sədanın açıqlaması olub.
 
Xatırladaq ki, OPEC rəhbəri bu ilin İİİ-IV rüblərində dünyada neftə tələbatın artacağını və bununda da onun bahalaşağını bildirib. Onun sözlərinə görə, neftin qiyməti ilə bağlı bu il sentyabrın 26-28-də Əlcəzairdə keçirilməsi planlaşdırılan Beynəlxalq Energetika Forumunda qeyri-rəsmi müzakirələr olacaq. /

Google+ WhatsApp ok.ru