İnhisar və bahalıq `əkiz qardaşlar`dır

İnhisar və bahalıq `əkiz qardaşlar`dır

"Exo" qəzetində "İnhisar və ucuz manat: Azərbaycanda bahalaşma davam edəcək" sərlövhəli məqalə oxumaq olar.
 
Yazıda deyilir ki, 2015-ci ildən Azərbaycanda bütün ərzaq mallarının bahalaşması müşahidə edilir.
 
İqtisadçı Oqtay Haqverdiyev hesab edir ki, qiymət artımının əsas səbəblərindən biri inhisardır: "Belə şikayətlərin coğrafiyası ölkənin bütün regionlarını əhatə edir. Adətən vətəndaşlar daha çox ətin, o cümlədən toyuğun, meyvə-tərəvəzin, süd və süd məhsullarının bahalaşmasını qeyd edirlər".
 
O.Haqverdiyev deyib ki, ümumilikdə bahalaşmaya təsir edən bir neçə amil var: "Manatın alıcılıq qabiliyyəti düşüb. Hətta manatın məzənnəsinin qısamüddətli qalxması belə qiymətlərin artması prosesini dayandıra bilmir. Amma Azərbaycanın ən böyük bəlası istehlak bazarındakı inhisardır. Daxili bazarda rəqabət mühiti yoxdur. Əgər müəyyən şəxslər bazara "özgə" saydıqları iş adamlarını buraxmırlarsa, ona necə yanaşasan".
 
O.Haqverdiyev vurğulayıb ki, Azərbaycan iqtisadiyyatında ancaq icazəli şəxslər maneəsiz fəaliyyət göstərə bilirlər: "Manatın dəyərdən düşməsi və inhisar bir-birinə bağlı proseslərdir. Odur ki, qiymət artımı bundan sonra da davam edəcək". /

Google+ WhatsApp ok.ru