Noyabrda qiymətlər necə dəyişib?

2014-cü ilin noyabr ayında ərzaq məhsulları 0,2 faiz bahalaşıb, qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,1 faiz artıb.

“Media forum” saytı xəbər verir ki, Dövlət Statistika Komitəsi dekabrın 2-də belə açıqlama yayıb.

Rəsmi açıqlamada qeyd olunur ki, ay ərzində mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kələmin, göyərtinin, baş soğanın, kökün, çuğundurun qiymətlərində azalma, buğda ununun, əla növ buğda çörəyinin, düyünün, qarabaşaq yarmasının, kolbasa məmulatlarının, süd və süd məhsullarının, yumurtanın, kərə və zeytun yağının, üzümün, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, kartofun, sarımsağın, duzun, şəkər tozunun qiymətlərində isə artım müşahidə olunub.   /

Google+ WhatsApp ok.ru