Növbəti iqtidar-müxalifət görüşünün vaxtı məlum olub

İqtidar və müxalifət partiyaları arasında növbəti görüşün vaxtı məlum olub.
 
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə APA-ya açıqlamasında bildirib ki, görüş mayın 15-də saat 10:00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.
 
O qeyd edib ki, siyasi partiya rəhbərləri görüşlə bağlı təkliflərlə çıxış edəcəklər.
 
Xatırladaq ki, iqtidar-müxalifət görüşü indiyədək iki dəfə baş tutub. Bu görüşlərin davamlı keçirilməsi qərara alınıb. 

Google+ WhatsApp ok.ru