Azərbaycanın xarici işlər naziri Türkiyəyə səfər edib

Mayın 12-13-də Türkiyənin Antalya şəhərində NATO-ya üzv dövlətlərinin xarici işlər nazirlərinin iclası keçiriləcək.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan NATO-nun Əfqanıstanda “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlət statusunda iclasa dəvət olunub.
 
Xarici işlər naziri Elmar Məmmədyarov iclasda iştirak etmək üçün Türkiyəyə yola düşüb.

Google+ WhatsApp ok.ru