Parlament 2016-cı il dövlət büdcəsini təsdiq edib

Çərşənbə axşamı Milli Məcsli 2016-cı il dövlət büdcəsini təsdiq edib. Qəbul edilmiş sənədə əsasən, 2016-cı il üçün Azərbaycan büdcəsinin gəlirləri 14,566 milyard manat ölçüsündə proqnozlaşdırılır ki, bu da ÜDM-in 25,2%-ni təşkil edəcək (ÜDM həcmi 57,7 milyard manat olaraq proqnozlaşdırılır).
 
Dövlət büdcəsinin xərcləri 16,264 milyard manat və ya ÜDM-ə nisbətdə 28,2% təşkil edəcək.
 
2016-cı il büdcəsinin defisiti 1698 milyon manat və ya ÜDM-in 2,9%-i səviyyəsində proqnozlaşdırılır.
 
2015-ci il üçün gözlənilən göstərici ilə müqayisədə büdcə gəlirləri 25,1%, 2014-cü ilin faktiki göstəricisi ilə müqayisədə isə 20,84% azalacaq.
 
Dövlət büdcəsinin xərcləri 2015-ci illə müqayisədə 22,9%, 2014-cü il ilə müqayisədə isə 13,07% azalacaq.
 
Dövlət büdcəsinin yekun variantında məcburi köçkünlərə yardımlar 50% (150 milyon manat) artırılıb.
 
Maliyyə naziri Samir Şərifovun verdiyi məlumata görə, bu məqsədlə əlavə xərclər Dövlət Neft Fondundan transfertlər hesabına təmin ediləcək.
 
Büdcə göstəriciləri neftin bir bareli 50 dollar və manatın dollara qarşı məzənnəsi 1,05 səviyyəsində nəzərə alınmaqla tərtib edilib.
 
Parlament həmçinin 2016-cı il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsini təsdiq edib.

Google+ WhatsApp ok.ru