Vətəndaş 136 manatla bir ay dolanmalıdır - RƏSMİ

Azərbaycanda 2016-cı il üçün yaşayış minimumu 136 manat məbləğində proqnozlaşdırılıb. 
 
Bu barədə məsələ Milli Məclisin plenar iclasında bu gün müzakirə edilən “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində öz əksini tapıb. 2016-cı il dövlət büdcəsi zərfində ölkəmizdə 2016-cı il üçün yaşayış minimumunun 136 manat olacağı proqnozlaşdırılıb. Sənədə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 145 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün isə 118 manat məbləğində nəzərdə tutulur. 
 
Qanun layihəsi səsə qoyularaq qəbul edilib. aznews /
 

Google+ WhatsApp ok.ru