Poçtlarda pulköçürmə niyə bahadır?- VİDEO

Ölkə daxilində pul köçürmələri üçün insanlar həm poçtlardan, həm də banklardan faydalanırlar. Ancaq bu xidməti göstərmək üçün poçtların təqdim etdiyi tariflər məbləğindən asılı olaraq banklardakı tariflərdən dəfələrlə yüksəkdir. Əslində bir çox ölkələrdə dövlət tərəfindən göstərilən bu xidmət daha ucuz olduğu halda Azərbaycanda bu vəziyyət niyə əksinədir? 
 
Azərbaycanın bir bölgəsindən digərinə pul göndərmək üçün bankların və poçtların öz tarifləri var. Ancaq maraqlı olan budur ki, poçtların pul köçürmələri üçün tələb etdiyi məbləğ, bankların eyni xidmət üçün tələb etdiyi vəsaitdən dəfələrlə yüksəkdir.
 
Məsələn poçtla 50 manat pul göndərmək istəyən şəxs 1 manat 50 qəpik, bankla göndərmək istəyən şəxs isə 20 qəpik ödəməlidir. Məbləğdə təxminən 7 dəfə daha çox bir fərq var...Eləcə də 100 manat və 1000 manatlıq ölkədaxili pul köçürmələri üçün də poçtla banklar arasındakı qiymət fərqini daha aydın başa düşmək olur.
 
Ancaq maraqlıdır ki, bütün vəsaitləri dövlət hesabına qarşılanan poçtlarda bu tarif niyə belə yüksəkdir? İqtisadçı-ekspert Ruslan Atakişiyev hesab edir ki, poçtların belə yüksək fərqlə xidmət göstərməsinin əsas səbəbi bu sahənin hələ də özəlləşməməsindən irəli gəlir...
 
Mütəxəssisin fikrincə inkişaf etmiş ölkələrdə bu xidməti göstərən özəl qurumlar insanları daha çox cəlb etmək üçün müxtəlif maraqlı üsullardan istifadə edirlər. Bu təcrübədən Azərbaycanda da geniş istifadə etmək mümkündür.
 
Nəzərə alsaq ki, bu sahədə özəlləşmə həyata keçirilsə belə bankların, ya da digər maliyyə qurumlarının heç də bütün rayonlarda filialları yoxdur. Buna görə də insanlar yenə də pul köçürmələrində daha çox poçtların xidmətinə bel bağlayacaqlar. Bu sahədə qiymətlərin aşağı endirilməsi isə həm poçtlardan pul göndərənlərin sayının çoxalmasına, həm də bu qurumun daha çox gəlir əldə etməsinə səbəb ola bilər.xezerxeber /
 
 
 

Google+ WhatsApp ok.ru