Prezident İlham Əliyev müharibə xəbərdarlığı edib 08 Avqust 2014 01:00 Siyasət Azərbaycan prezidenti İlham Əliyevin rəsmi Twitter mikrobloqunda müharibənin yenidən başlaya biləcəyi yazılıb: “Müharibə hələ bitməyib. Yalnız birinci mərhələsi başa çatıb. İkinci mərhələ də başlaya bilər”. Xatırladaq ki, prezident İlham Əliyev dünən Ağdamdakı “N” saylı hərbi hissədə olub. Dövlət başçısı hərbçilərlə görüşərək, döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxış etmiş, vəziyyətin tam nəzarətdə olduğunu və təmas xəttində Azərbaycan ordusu tam üstünlüyü əldə etdiyini demişdir: "Böyük dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan raket sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklar – bütün bunlar bu gün Azərbaycan ordusunun potensialını təşkil edən amillərdir. Bu gün Azərbaycan ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər". Teqlər : #Prezident İlham Əliyev müharibə xəbərdarlığı edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan və İran arasında bir sıra razılaşma əldə edilib Politoloq: `Putinin Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynayacağı inandırıcı deyil`
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video