Problemli kreditlər silinə bilərmi? - Ekspert

Kredit borcları yalnız dövlətin xüsusi qərarı ilə silinə bilər.
 
Bunu ölkə üzrə probemli kreditlərin silinməsinin mümkünlüyü haqda Axar.az-a danışan hüquqşünas Müzəffər Baxışov bildirib. Onun sözlərinə görə, hazırda kredit borclarının ləğvi ilə bağlı qanunverici baza yoxdur:
 
"Ancaq məhkəmə bankın kredit müddətinin keçməsi ilə bağlı qaldırdığı iddianı təmin etməyə bilər. Dövlətin xüsusi qərarı və ya yeni qanunların qəbulu istisna olmaqla, digər hüquqi hallarda kreditlərin silinməsi isə mümkün deyil. Çünki banklar hamısı hüquqi şəxslərdir. Onlar nizamnamə kapitallarına uyğun olaraq kreditlər verirlər ki, gəlir əldə etsinlər. Verilən kreditlər qaytarılmayanda banklar müflisləşə bilər".
 
Ekspert dövlətin hansı hallarda və necə qərar qəbul edəcəyini də şərh edib:
 
"Gələcəkdə əhalinin maddi vəziyyəti kəskinləşsə və iqtisadi böhran dərinləşərsə, dövlət sağlamlaşdırıcı proqram qəbul edə bilər. Bunun nəticəsində dövlət əhalinin əvəzindən borcları özü ödəyə bilər. Belə bir qanun qəbul edilərsə, çox güman müəyyən imtiyazlar nəzərə alınacaq. Məsələn, kredit götürən ailələrin götürdükləri kreditin məbləğinə, son maddi durumuna, övladlarının ümumi və ya oğlan, qız olaraq sayına nəzər yetirilə bilər".
 
Xatırladaq ki, hazırda ölkədə problemli kreditlərinümumiməbləği 1,4 milyardmanatdan çoxdur. Bəzi ekspertlər problemdən çıxış yolu kimi gecikdirilən kreditlərdən bəzilərinə güzəştlər tətbiq edilməsini mümkün sayır.(axar)

Google+ WhatsApp ok.ru