Putin və Ruhani arasında görüş keçirilir 28 Mart 2017 01:00 Siyasət Moskvada Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani arasında görüş başlayıb. Görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, müdafiə naziri Sergey Şoyqu, İran tərəfdən isə xarici işlər naziri Məhəmməd Cavad Zərif, prezident administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian və İranın Rusiyadakı səfiri Mehdi Sənayi iştirak edirlər. Görüş zamanı iki ölkə arasında münasibətlər, birgə enerji layihələri və ikitərəfli əməkdaşlığın bütün spektrləri müzakirə olunacaq. Sonda ikitərəfli sənədlərin imzalanması və mətbuat konfransının keçirilməsi planlaşdırılır. (apa) / Teqlər : #Putin və Ruhani arasında görüş keçirilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan və Özbəkistan dəmir yolu sahəsində əməkdaşlığa dair protokol imzalayıb Səfirlik: İranın Azərbaycanın ərazi bütövlüyünü ilə bağlı siyasəti dəyişməzdir
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video