Səfirlik: İranın Azərbaycanın ərazi bütövlüyünü ilə bağlı siyasəti dəyişməzdir 29 Mart 2017 01:00 Siyasət “İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı dəyişməz siyasəti tamamilə aydındır və indiyədək bununla bağlı mövqeyimizi dəfələrlə bildirmişik”. Maide.İnfo xəbər verir ki, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib ki, səfirliyin mətbuat katibi Məhəmmədrza Nəcəfi iranlı musiqiçinin qondarma “Dağlıq Qarabağ Respublikası”nda verdiyi konsertlə münasibət bildirərkən deyib ki, Novruz bayramı günlərində İran İslam Respublikasından heç bir rəsmi musiqi qrupu Azərbaycan Respublikası ilə Ermənistan arasında münaqişəli sayılan ərazilərə səfər etməyib: “Üçüncü ölkə mətbuatı vasitəsilə yayılan qeyri-mötəbər və bəzən təhrif olunmuş xəbərlər İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələri korlamaq və ictimai rəyi mənfi yönlərə yönəltmək məqsədi daşıyır. Təəssüf ki, indiyədək dəfələrlə bunun şahidi olmuşuq. Biz bu qəbil cəhdləri şiddətlə qınayırıq”. / Teqlər : #Səfirlik: İranın Azərbaycanın ərazi bütövlüyünü ilə bağlı siyasəti dəyişməzdir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Putin və Ruhani arasında görüş keçirilir Sergey Lavrov: “Dağlıq Qarabağ nizamlanmasının bir çox aspektləri artıq razılaşdırılıb”
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video