Qəpik-quruşa gətirilən quru meyvələr 10-40 dəfə baha satılır…

Xarici ölkələrdən qəpik-quruşa alınan quru meyvələr Azərbaycan bazarında 10-40 dəfə baha satışa çıxarılır.

Bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib.

V.Məhərrəmov ötən il ölkəyə gətirilən təzə və qurudulmuş meyvələrin idxal dəyərini təqdim edib:

Qabıqlı şabalıd – 37 qəpik

Qabığı təmizlənmiş badam – 35 qəpik

Qabığı təmizlənmiş qoz – 75 qəpik

Limon (qurudulmuş) – 30 qəpik

Laymalar – 23 qəpik

Ananas (təzə və ya qurudulmuş) – 23 qəpik

Qurudulmuş qara gavalı – 33 qəpik

Qurudulmuş üzüm – 37 qəpik

Qurudulmuş ərik – 31 qəpik

Portağal (təzə) – 24 qəpik

Təzə üzüm – 24 qəpik

Alma – 24 qəpik

Armud – 26 qəpik

Qabıqlı qoz – 49 qəpik

Qabıqlı püstə – 95 qəpik

Qabıqlı şabalıd – 37 qəpik

Hind qozu (quru) – 31qəpik

Qabığı təmizlənmiş qoz – 75 qəpik

Qabığı təmizlənmiş badam – 35 qəpik

Keşyü fındığı (qabığı təmizlənmiş) -37 qəpik.

Qeyd edək ki, 1 kiloqram malın qiyməti dolların manata nisbətinə uyğun hesablanıb.

Virtualaz.org saytı hazırda ölkə bazarında satılan xaricdən gətirilmiş təzə və quru meyvələrin qiymətini xatırladır:

Yaşıl alma (təzə) – 2 manat

Qurudulmuş alma – 3 manat

Təmizlənmiş qoz – 16 manat

Təmizlənmiş badam – 15-17 manat

Qurudulmuş ananas – 5 manat

Üzüm – 2 manat

Kişmiş (qara) – 7-9 manat

Qabıqlı şabalıd  – 4-7 manat

Təmizlənmiş fındıq – 11-13 manat

Armud – 4 manat

Qabıqlı badam – 17 manat

Keşyü fındığı (qabığı təmizlənmiş) – 9 manat.

Onu da qeyd edək ki, bu ilin fevralında Azərbaycan manatının üçdə bir hissəsinin devalvasiyası (məzənnə 1 dollar üçün 0,78 manatdan 1,05 manatadək düşüb) baş verəndən sonra təzə və quru meyvələr də bahalaşıb.

V.Məhərrəmov onu da xatırladır ki, ötən il 4,6 milyon ABŞ dolları dəyərində 6,3 milyon diri ev toyuqları idxal olunub: “Gətirilən toyuqların hər birinin dəyəri 74 sentə sənədləşdirilib. Yəni manatının devalvasiyasından əvvəl diri toyuq 58 qəpiyə qiymətləndirilib. Dondurulmuş toyuğun bir kiloqramı da 58 qəpik olub.

Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına istinadən təhlil aparanda maraqlı göstəricilər əldə etmişik. Ölkəyə gətirilən inəklər 30 manata rəsmiləşdirilib. Bu isə 4 kiloqram ətin qiyməti edir. Qoyun isə 10 manata imiş. Yəni 1 kiloqram qoyun ətinin qiymətinə rəsmiləşdirilib. Diri toyuqlar 58 qəpiyədir, bu isə 130 qram toyuq əti qiymətinədir. Bu məhsullar istehlakçılara dəyərindən 15-20 dəfə baha qiymətə satırlar”.

Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun təsdiqlənib. Bundan başqa, sahibkarlığın dəstəklənməsi məqsədilə bir neçə tədbirlər həyata keçirilib. Buna görə də qiymətlərin aşağı salınacağı gözlənilir.  virtualaz /

Google+ WhatsApp ok.ru