Qasim Ər-Rimi: `Əl-Qaidə Səudiyyə Ərəbistanı və Amerikanın dəstəklədiyi yaraqlılarla birgə Yəmən ordusuna qarşı vuruşur`

Qasim Ər-Rimi: `Əl-Qaidə Səudiyyə Ərəbistanı və Amerikanın dəstəklədiyi yaraqlılarla birgə Yəmən ordusuna qarşı vuruşur`

“Əl-Qaidə”nin Yəmən qolunun liderləri Qasim Məhəmməd ər-Rimi  deyir ki, başçılıq etdiyi terror qruplaşmasının üzvləri  Səudiyyə Ərəbistan və Amerikanın dəstəklədiyi yaraqlılarla birlikdə  Ənsarullah və Yəmən ordusuna qarşı vuruşub. 
 
Maide.Az xəbər verir ki, Q.Ər-Rimi bazar günü “Əl-Qaidə”yə yaxın KİV-lərə açıqlamasında bildirib ki, Əl-Qaidə üzvləri, həmçinin Yəmənin fərari prezidenti Mənsur Hadinin əsas dəstəkləyən “İxvanul-Muslimin” və digər sələfi qruplar və partiyalarla da Yəmən ordusu və Ənsarullaha qarşı birgə əməkdaşlıq edib. 
 
Pentaqon Əl-Qaidənin Ərəb Yarımadasındakı qolunu ən təhlükəli terror qrupu kimi tanıyır. 
 
Səudiyyə Ərəbistanının 2015-ci ilin mart ayından etibarən Yəmənə təcavüz etməsi ölkədə bütün sahələri məhv edib. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, Yəmən, dünyadakı ən böyük insani krizislərdən birini yaşayır. Yəmən xalqının 2/3-si, yəni təqribən 19 milyon nəfər humanitar yardıma və qorunmağa ehtiyacı var. “Ölkədə 10 milyon nəfərdən çox insan yoxsulluq həddinin altında yaşayır. Ən az 8 milyon insan içməli su problemi ilə üz-üzədir”.
 
BMT-nin məlumatında bildirilir ki, insani krizis uşaqlar üzərində təsiri daha çoxdur. Ölkədə “qarşısı alına biləcək” səbəblərdən hər 10 dəqiqədə 5 yaşdan aşağı bir uşaq dünyasını dəyişir. 
 
Qeyd edək ki, Əl-Qaidə terror təşkilatı Səudiyyə Ərəbistanın təcavüzündən sui-istifadə edərək Yəməninn cənub-qərbində və cənubunda öz mövqeyini gücləndirib.  
Amerika  Səudiyyə Ərəbistnaın təcavüzü ilə yanaşı, iddia edir ki, pilotsuz təyyarələrdən istifadə edərək Əl-Qaidənin mövqelərini bombalayır. Lakin yerli  mənbələrin məlumatına görə,  ABŞ-ın təşkil etdiyi hücumlarda ölənlərin əksəriyyəti  dinc sakinlərdir. /
 
عناصر گروه تروریستی القاعده (تصویر آرشیوی)
 
 

Google+ WhatsApp ok.ru