Qazaxıstan Azərbaycanın 81 ton kartofunu geri qaytardı 30 İyun 2017 01:00 İqtisadiyyat Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti bildirir ki, cari ilin iyun ayında Azərbaycan Respublikasının Cəlilabad rayonunda yetişdirilən, Qazaxıstan Respublikasına ixrac olunan ümumilikdə 81,5 ton kartof məhsulu karantin tətbiq edilən zərərli orqanizm Qızılı kartof nematodu (Globodera rostochiensis Behrens) aşkar edilməsi əsas göstərilərək bu ölkədən geri qaytarılıb. Bu haqda Modern.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Geri qaytarılmış kartof məhsulundan təkrarən nümunələr götürülərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin Fitohelmintologiya laboratoriyasında yoxlanılmış və məhsulda sözügedən nematod aşkar edilməyib. Həmçinin Cəlilabad rayonunun kartof məhsulunun yetişdirildiyi əkin sahələrindən götürülmüş torpaq nümunələrində də nematod və ya onların sistalarına rast gəlinməyib". Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti bildirir ki, Qazaxıstan Respublikasından geri qaytarılan kartof məhsulu fitosanitar tələblərə tam uyğundur. "Bu barədə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi ilə əlaqə saxlanılıb, birgə komissiyanın təşkil olunaraq yüklərdən təkrarən nümunə götürülərək hər hansı üçüncü bir ölkənin müvafiq laboratoriyasında yoxlanılması təklif edilib. Bununla bağlı səfirliyin nümayəndəsi Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən təqdim olunmuş materialların diplomatik kanallarla qarşı tərəfə çatdırılacağı və zəruri tədbirlərin görüləcəyini bildirib. / Teqlər : #Qazaxıstan Azərbaycanın 81 ton kartofunu geri qaytardı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avqustun 8-dən Azərbaycan ilə İran arasında gömrük rüsumlarının azaldılması ilə bağlı razılıq icra olunacaq Nazir: `İran şəhərlərindən Bakı, Gəncə və Naxçıvana təyyarə reyslərinin açılmasında maraqlıyıq`