Qazaxıstanda ipoteka 1-2 faizlə veriləcək

Qazaxıstan prezidenti Nazarbayev noyabrın 11-də yeni iqtisadi proqramı elan edib. Proqramın adı “İşıqlı yoldur”.
 
Xalqa ənənəvi illik müraciətində prezident bildirib ki, ipoteka kreditləri 1-2 faizlə veriləcək. Hökumət sosial kirayə evləri tikməyə başlayacaq, bu evlər vətəndaşlara uzun müddətə kirayəyə veriləcək, sonda isə onlar bu evləri ala bilərlər.
 
Nazarbayev deyib ki, yanvarın 1-dən başlanan bu yeni proqrama 24 milyard dollar ayrılır. 

Google+ WhatsApp ok.ru