Rövnəq Abdullayev Yunanıstanın baş naziri ilə DESFA-nın səhmlərinin alınmasını müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Yunanıstana səfər edib. ARDNŞ-dan Maide.az-a verilən məlumata görə, noyabrın 10-da baş tutan səfər çərçivəsində R. Abdullayev Yunanıstanın baş naziri Antonis Samarasla görüşüb.
 
Görüş zamanı TAP layihəsinin həyata keçirilməsi və Yunanıstan Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinə məxsus səhmlərin 66%-nin ARDNŞ tərəfindən alınması prosesinin tamamlanması ilə bağlı məsələlər müzakirə olunub.
 
Tərəflər qeyd olunan layihələrin həyata keçirilməsi haqqında fikirlərini bölüşüb.

Google+ WhatsApp ok.ru