Qırğızıstan Azərbaycana səfir təyin etdi

Bu gün Qırğızıstan parlamentinin Beynəlxalq məsələlər üzrə komitəsi Ayciqit Buranovun Azərbaycana səfir vəzifəsinə namizədliyini təsdiq edib. 
 
Deputatlar Buranovun namizədliyini yekdilliklə dəstəkləyiblər.    
 
KİV-in qeyd etdiyinə görə, deputatlar məsələni bağlı qapılar arxasında müzakirə edib. 
Xatırladaq ki, Buranov hazırda Qırğızıstan Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkilidir. 

Google+ WhatsApp ok.ru