Türkiyə Baş nazirinin müavini istefaya gedir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq spikeri, baş nazirin müavini və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 40 illik dostu Bülent Arınç siyasətdən gedəcəyini açıqlayıb.
Maide.az-ın məlumatına görə,  Arınç iştirak etdiyi tədbirdəki çıxışında siyasətdən gedəcəyi tarixi də açıqlayaraq yerini gənclərə buraxacağını deyib.
“Türkiyədə 13 ildir istiqrarlı bir hökumət hakimiyyətdədir. Mən isə 40 ildir siyasətlə məşğulam. Refah partiyasından bəri 5 çağırış millət vəkili olmuşam. Artıq 6 ayım qalıb. Allah xeyirli, uzun ömür versə 6 ay sonra yerimi gənclərə tərk edəcəyəm. Bizə bu qədər kifayətdir qardaşım! İşimizi görək, bir az dincələk. Siyasətə də bayırdan dəstək verə bilsək, verək”.
Qeyd edək ki, hüquqşünas olan Bülent Arınç Milli Səlamət və Refah partiyası dövründə mərhum sabiq baş nazir Nəcməddin Ərbakanın yaxın adamı olub. /

Google+ WhatsApp ok.ru