Qubad İbadoğludan Arif Hacılıya cavab

Müsavat partiyası sıralarından kənarlaşdırılan Qubad İbadoğlu feysbuq səhifəsində Müsavat başqanı Arif Hacılının onun barəsindəki yazısına cavab verib.  

“Artıq Amerikadayam, 12 saatdan sonra təyyarəmiz Vaşinqtonun Beynəlxalq Dulles hava limanına endi. Şəhərə gəlib eyni adlı mehmanxanada yerləşdim. Bu mənim ABŞ-a 11-ci səfərdimdir, amma bura heç vaxt indiki qədər nigaran gəlməmişəm. Son 6 ayda ilk dəfə idi ki, 14 saatdan çox internetdən kənarda qalmışdım.
 
Odur ki, mətbuatı vərəqlədim, öncə Yeni Müsavat qəzetinə baxdım, Arif Hacılının mənə ünvanlanan şər və böhtan dolu “bizim missiyamız” yazısını oxudum. Sonra tanınmış müsavatçıların mənim partiyadan kənarlaşdırılmağıma etiraz əlaməti olaraq yaydığı müraciətlə tanış oldum.
 
Bir anlığa düşündüm ki, nə yaxşı ədalətsevər müsavatçılar var. Uzaqdan olsa da onlara mənim haqqımın pozulmasına qarşı obyektiv mövqelə ifadə etdiklərinə görə təşəkkür edirəm. 
Saat fərqindən yaranan yuxusuzluqdan işləməyə üstünlük vermirəm. Sabah önəmli görüşlərim var, onlara hazırlaşıram, bundan sonra Azərbaycandakı dostlara sabahınız xeyir, burdakılara isə gecəniz xeyrə qalsın deyərək sizlərdən bir neçə saatlığa ayrılacam”.  
 
Qeyd edək ki, Arif Hacılı "Yeni Müsavat" qəzetində "Bizim missiyamız" yazısı ilə şıxış edib və Qubad İbadoğlunu hakimiyyətə işləməkdə suçlayıb. 

Google+ WhatsApp ok.ru