Rəsul Quliyev Müsavat Partiyasını təhqir etdi!

“Müsavat Partiyası ailə podratı, Arif Hacılı isə bu podratın rəhbəridir”

Musavat Partiyasının qurultayından sonra tərəflər bir-birini sərt şəkildə ittiham etməyə başladılar. Qubad İbadoğlunun tərəfdarları açıq şəkildə İsa Qəmbəri seçkini saxtalaşdırmaqda ittiham edir, Arif Hacılının tərəfdarları isə qarşı tərəfi hakimiyyətlə işbirliyində suçlayır. Bəs, görəsən, həmişə Müsavat haqqında qeyri-adi analizləriylə gündəm yaradan eks-spiker Rəsul Quliyev bu barədə nə düşünür?
Moderator.az-ın bu sualını cavablandıran eks-spikerin fikirlərini təqdim edirik: “Bu barədə mən Musavatın qurultayı iclasına yekun vurandan 2 saat sonra fikirlərimi söyləmişəm. Onda nəinki polyarlaşma prosesi başlamamışdı, əksinə müəyyən pozitiv enerji hökm sürürdü. İsti-isti heç güllə yarası da ağrı vermir, ancaq üstündən bir qədər keçəndən sonra yara özünü hiss etdirməyə başlayır. Necə ki, səhərisi gün qurultay nümayəndələri və ümumiyyətlə müsavatçılar törətditləri əməllərinə qiymət verəndə buraxdıqları səhvlərin ağırlığını hiss etdilər.
 
Musavat partiyası yarandığından bu günə qədər çoxsaylı ağır və ya yüngül nəticələrlə qurtaran səhvlərə yol verib. Həmçinin bu partiyanın banisi, əsas lideri M.Rəsulzadənində buraxdığı fəlakətli səhvlər kifayət qədərdir. Ancaq bu gün Musavatın buraxdığı səhv indiyə qədər buraxılmış heç bir səhvlə müqayisə olunmazdır. Bu gün 2014 –cü ilin sentyabrında nə 1918 aprel- may, nə 1920-ci il yanvar-aprel aylarındakı, nə də 1933-1945-ci illərdəki kimi baş çıxarılması mümkün olmayan mürəkkəb hadisələr baş vermir və Musavatın buraxdığı səhvi anlamaq mümkün deyil.
 
Mənim baş vermiş hadisəyə münasibətim partiyanın ailə podratının yeni sədrinin xoşum gəlmir, ona görə də düşüncələrimi qərəzli fikirlər konteksində camaata sırımağa çalışır. Ancaq bu, sözsüz belə deyildir. Bu günə qədər mənim mübarizəmin ancaq bir ana xətti var; Azərbaycanın gələcəyi ancaq demokratiyadadır, bu prosesin qarşısını bilərəkdən və ya bilmərəkdən alanlar, zəiflədənlər xalqa xidmət etmirlər.
 
Bu günə qədər yazdığım əsərlər, verdiyim müsahibələrin hamısı buna həsr edilib. Hansı cəbhədə olmasından asılı olmayaraq heç bir liderlə heç bir şəxsi qərəzçiliyim yoxdur, ola da bilməz, çünki şəxsi qərəzçiliyi orta əsrlərdən qalma neqativ keyfiyyət hesab edirəm.
1993-cü ildən bu günə qədər, Musavat partiyasının keçmiş başqanı ilə birlikdə, Azərbaycanda demokratiyanın bərpa olunması üçün real heç bir iş görməyib , əksinə olan-qalan mövqeyini də itirilib - reallıq budur, ailə podratının “biz ömrümüzü demokratiya uğrynda mübarizəyə həsr etmişik” kimi demoqoqik şüarları yox.
 
Əvvəlcədən onu demək istəyirəm ki, demokratiya uğrunda mübarizə aparmaq deyilən bir peşə heç yerdə və heç vaxt olmayıb. “Mənim peşəm demokratiya uğrunda mübarizə aparmaq peşəsidir"- demək işsiz, boş-boşuna veyllənmək və boş-boş danışmaq deməkdir. Rejimə qarşı mübarizə aparmaq peşəsi ola bilər və çox ölkələrdə olub. Bu, ancaq bütün atributları ilə diktatura hesab edilən və azad sözün qadağan edildiyi ölkələrdə olur-qeyri-leqal təşkilatlar və gizli mətbuat şəkilində. Həmin peşənin də adı inqilabçılıqdır.
 
Musavatın bu günkü vəziyyətə düşməsinin səbəblərinə gəlincə, ölkədə 2003-cü il prezident seçkisindən sonra istefa verməyən köhnə başqana münasibət dəyişdi və bu münasibət 2010-cu ildən etibarən neqativ istiqamətdə inkişaf etdi. Bir sözlə artıq musavatçılar apardıqları mübarizənin köhnə başqanla nəticə verəcəyinə inanmırdılar və yenilik, daha doğrusu, yeni başqan görmək istəyirdilər. Nəticədə köhnə başqanın deformasiya olunmuş gölgəsini aldılar.
 
Bu gün- prezident seçkisinə 4 ildən çox müddət qalmış bir zamanda prezidentliyə namizəd təyin edən və yeni başqanı çox cəhətdən primitiv təsir bağışlayan bir partiyaya camaat inanarmı?- heç vaxt. Musavatın keçmiş başqanının istənilən bir namizədi dəstəkləmək haqqı var, daha doğrusu, dəstəkləməsi məqsədəuyğundur. Ancaq bunu açıq elan etmək lazımdır. Özü də hansı səbəbdən, hansı keyfiyyətlərinə görə dəstəklədiyini izah etməlidir. Belə hərəkət daha obyektiv olardı və mərd addım hesab edilə bilərdi. Bu işi gizli görmək, ayrı-ayrı adamlarla xəlvəti söhbətlər aparmaq (özü də öz partiyasının daxilində) heç bir əndazəyə sığmır. Bu tip insanlarla eyni partiyada olub birlikdə nəfəs almaq bir çoxları üçün problemə çevriləcək.
 
Həm camaat, həm başqa partiyalar, həm də müsavatçıların əksəriyyətinin dəstəklidiyi adam Qubad İbadoğlu idi. Qurultay nümayəndələri adı altında ətrafına səsverən toplamaq, özünün ‘’böyüyə’’ qulaq asan görtüntüsünü yaratmaq və başqan elan etməklə partiyanı zəiflətməkdən, parçalamaqdan başqa nəyə nail ola bilərsən?
 
Mən Azərbaycanın 1992-93 Xalq cəbhəsi hökümətinin iflasının bu cəbhə yaranmamışdan əvvəl başladığını analiz etməyə çalışıram, artıq analizin 2 hissəsi oxuculararın nəzərinə çatdırılıb və yaxın vaxtlarda 3,4 –cü hissələrdə təqdim olunacaq.
 
Keçmiş tarixini tənqidi təhlil edə bilməyən xalqın parlaq gələcəyi ola bilməz. Özünü ,partiyasını, xalqı yalandan qəhrəman etməyə cəhd edənlər ancaq və ancaq xalqını əbədi sürünməyə sürükləyirlər. Cırtdan siyasətçilərlə ölkədə demokratiyanın qələbəsinə nail olmaq mümkün deyil. Musavatın son seçimi bu tezisin mütləq mənada düzgün olduğunu bir daha təsdiqləyir”.

Google+ WhatsApp ok.ru