İran 2017-ci ilə qədər neftin qiymətinin 80 dollaradək artacağını proqnozlaşdırır

İrana qarşı tətbiq edilən sanksiyalar aradan qalxandan sonra üç ay ərzində bu ölkədə neft hasilatı gündəlik 2,5 mln. barelə çatacaq.
 
Maide.az-ın məlumatına görə, bu barədə İranın neft nazirinin müavini Rüknəddin Cavadi bildirib.
 
Bundan başqa, o qeyd edib ki, 2016-cı ilin sonuna neftin bir barelinin qiyməti 80 dollara qədər qalxa bilər.
 
Nazir müavini əlavə edib ki, qiymətlərin bazardakı vəziyyətindən asılı olaraq, İran ticarəti bərpa edəcək və gündəlik 2,5 mln. barel neft ixrac edəcək.

Google+ WhatsApp ok.ru