İran BMT-yə çağırış edib

 
İranın Xarici İşlər naziri Birləşmiş Millətlər Təşkilatına (BMT) çağırış edib.
 
Maide.az xəbər verir ki,  İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif BMT-nin baş katibi Ban Ki-Muna Yəməndəki hərbi əməliyyatların dayandırılması və dərhal bölgəyə yardım göndərilməsi tələbini irəli sürüb. 
M.C.Zərif Yəmən böhranına son qoyulması üzrə İranın dörd maddəlik planına işarə edərək, yəmənli qruplar arasında danışıqların tez bir zamanda həyata keçirilməsinin vacibliyini  vurğulayıb və İranın bu böhranın həllinə kömək etməyə hazır olduğunu bildirib. 
 
BMT-nin baş katibi  İranın xarici işlər naziri ilə telefon söhbətində Yəmən böhranının həlli üzrə İranın səylərinə görə təşəkkür edib və Yəmən məsələsinin dinc həlli və bu ölkədə zərərçəkənlərə təcili surətdə ərzaq və tibbi yardımların göndərilməsinin zəruriliyini vurğulayıb. 
 
Qeyd edək ki, İran Yəmən böhranına son qoyulması üzrə dörd maddəlik plan irəli sürüb və onda təcili atəşkəs, Yəmən xalqına humanitar yardımların göndərilməsi, yəmənli-yəmənli dialoqun keçirilməsi və əhatəli bir xalq dövlətinin formalaşması təklif olunub./

Google+ WhatsApp ok.ru