İranın Ərəbistanın Yəmənə hücumlarının dayandırılmasına reaksiyası

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Yəmənə qarşı hücumların dayandırılmasını müsbət qarşılayıb və deyib: "Biz bundan öncə də bildirmişdik ki, Yəmən böhranı üçün hərbi həll yolu yoxdur."
 
Maide.az-ın məlumatına görə, Mərziyyə Əfxəm bildirib ki, şübhəsiz, atəşkəsin bərqərar edilməsi, günahsız və müdafiəsiz insanların qırğın edilməsinin durdurulması irəliyə doğru bir addımdır. 
 
M.Əfxəm ümidvar şəkildə bildirib ki, ən qısa zamanda Yəmənə humanitar yardımlar göndərilsin və yəmənli qruplar arasında milli birlik hökumətinin qurulması üzrə danışıqlara zəmin yaransın. 
 
İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin deyib: "Ümidvarıq bütün tərəflər vəziyyətin yaxşılaşmasına kömək etsinlər."

Google+ WhatsApp ok.ru