İran prezidentindən Azərbaycana çağırış 17 Sentyabr 2014 01:00 Siyasət "Hər hansı bir ölkənin Tehranla Bakının yaxın münasibətlərini pozmasına icazə verilməməlidir". Bunu İran prezidenti Həsən Ruhani Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşdə deyib. İki ölkənin tarixi və dərin əlaqələrindən danışan H.Ruhani Tehran və Bakı arasında siyasi, iqtisadi və mədəni sahələrdə münasibətlərin genişlənməsinin əhəmiyyətini vurğulayıb. İran prezidenti terrorizmin region üçün ciddi təhlükə olduğunu bildirib və əlavə edib ki, "əgər region ölkələri bu təhlükəyə qarşı birgə hərəkət etməsələr, bu mikrob hər an onlara da yoluxa bilər". H.Ruhani onu da deyib ki, Qafqaz bölgəsi uzun illərdir həqiqi mənada stabilliyin olmamasından əziyyət çəkir. Şahin Mustafayev görüşdə Azərbaycan prezidenti İlham Əliyevin salamlarını İran prezidentinə çatdırıb və iki ölkənin xüsusilə son aylarda ikitərəfli münasibətlərinin artdığını və getdikcə inkişaf etdiyini vurğulayıb. Teqlər : #İran prezidentindən Azərbaycana çağırış, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənilər Robert Sekutun səfir təyin olunmasına qarşıdırlar Cəmil Həsənli: Belə məsələləri çox da qurdalamaq lazım deyil
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video