İran prezidentinin müavini: “Azərbaycanla ekologiya sahəsində əməkdaşlığın sürətlənməsini istəyirik”

İran prezidentinin müavini: “Azərbaycanla ekologiya sahəsində əməkdaşlığın sürətlənməsini istəyirik”

“İran prezidentinin təkid etdiyi məsələlərdən biri Azərbaycanla ekologiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir”. 
 
Bunu APA-ya açıqlamasında İran prezidentinin müavini, Ətraf Mühiti Mühafizə Təşkilatının rəisi Məsumə Ebtikar deyib. 
 
O bildirib ki, Azərbaycan və İran ətraf mühitin mühafizəsi və ekologiya sahəsində əməkdaşlığı nəzərdə tutan, habelə əməkdaşlıq əlaqələrinin regional və beynəlxalq çərçivədə davam etdirilməsinə dair sənədləri imzalayıb: “Düşünürük Azərbaycanla əməkdaşlıq üçün ən önəmli sahələrdən biri ətraf mühitin qorunması, xüsusən də Xəzər dənizində ətraf mühitin qorunması məsələsində əməkdaşlıqdır. Xəzərin ətraf mühitinin qorunmasına dair konvensiyanın (Tehran Konvensiyası) katibliyinin Bakıda açılmasını gözləyirik”. 
 
M. Ebtikarın sözlərinə görə, İran Xəzər dənizində ətraf mühitin qorunması sahəsində əməkdaşlığın region üçün çox önəmli olduğunu dəfələrlə vurğulayıb. “Azərbaycandan istəyirik ki, bu əməkdaşlığı sürətləndirsin. Düzdür, hazırda əməkdaşlıq var. Lakin inkişaf tempi zəifdir. Məsələnin önəmli olmasını nəzərə alaraq ümid edirik ki, bu sahədə Azərbaycan tərəfi işləri sürətləndirəcək”. /
 

Google+ WhatsApp ok.ru