Türkiyənin Liviyadakı səfirliyinin fəaliyyəti bərpa edilib

Türkiyənin Liviyadakı səfirliyinin fəaliyyəti bərpa edilib

Liviyadakı hadisələrdən sonra səfirlik Tunisdə fəaliyyət göstərirdi
 
Türkiyənin Liviyadakı səfirliyi yanvarın 30-dan etibarən ölkə paytaxtı Tripolidə yenidən fəaliyyətə başlayıb.
 
“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin saytında məlumat yerləşdirilib.
 
Məlumata görə, Liviyadakı hadisələrdən sonra səfirlik Tunisdə fəaliyyət göstərirdi. Ancaq bununla belə, Türkiyənin Misurata şəhərində Baş Konsulluğu var idi.
 
Türkiyənin Liviyadakı səfiri Ahmet Aydın Doğandır.

Google+ WhatsApp ok.ru