İran prezidentinin səfəri noyabrın 15-dən başlayır

"İran prezidenti Həsən Ruhani yaxın günlərdə Bakıya rəsmi səfər edəcək." Maide.az xəbər verir ki, bu barədə İranın “Fars" agentliyi azərbaycanlı deputatlara istinadən xəbər yayıb.
 
Bu xəbər bazar günü İran və Azərbaycan parlament nümayəndə heyətlərinin görüşündə elan olunub. Azərbaycanlı deputatlar qeyd ediblər ki, Ruhani Azərbaycana noyabrın 15-dək gələcək.
 
Ötən həftə İranın Bakıdakı səfiri Möhsün Pakayin bildirmişdi ki, “Doktor Həsən Ruhani bu ayın sonuna qədər Azərbaycana səfər edəcək”.
 
Azərbaycanlı deputatların Ruhaninin parlamentdə çıxış etməsini təklif etidikləri bildirilir.
 
Qeyd edək ki, bu, Həsən Ruhaninin prezidentlik dövründə Azərbaycana ilk rəsmi səfəri olacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu ilin aprelidə Tehranda rəsmi səfərdə olub.

Google+ WhatsApp ok.ru